On doqquz əqli qüsurlu şəxsi qətlə yetirənə ölüm hökmü verildibackend

On doqquz əqli qüsurlu şəxsi qətlə yetirənə ölüm hökmü verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada yerli sakin əlil şəxsləri öldürüb.

“Kyodo News”un xəbərinə görə, Saqamixara şəhərində yerləşən xəstəxanada Satosi Uematsu adlı şəxs 19 əqli qüsurlu xəstəni bıçaqla qətlə yetirib, 20 nəfəri isə yaralayıb.

Xəbərdə bildirilir ki, həmin vaxt tibb müəssisəsində 18-75 yaş arası 150 xəstə olub.

S.Uematsunun həmin xəstəxanada üç il işlədiyi bildirilir. O, hadisədən bir neçə ay əvvəl işdən çıxıb.

İstintaq prosesində həmin şəxs əqli qüsurlu xəstələri əzabdan xilas etmək üçün öldürdüyünü deyib.

Məhkəmə onun barəsində ölüm hökmü qərarı verib.

İnterpress.az