Kritik “20 GÜN” TƏLƏBİ: MSK seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə nə vaxt göndərəcək?backend

Kritik “20 GÜN” TƏLƏBİ: MSK seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə nə vaxt göndərəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Parlament seçkilərinin yenidən keçirilməsi üçün 125 dairənin üçdə birində nəticələr ləğv edilməlidir”.

Kritik “20 GÜN” TƏLƏBİ: MSK seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə nə vaxt göndərəcək?

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

Məhərrəm Zülfüqarlının sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermədən sonrakı 20 gün ərzində seçkilərin nəticələrini təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərməlidir:

“Seçkidən sonra 3 gün müddətində nəticələrlə əlaqədar şikayətlər verilə bilər. Şikayətlərin araşdırılması yekunlaşdıqdan sonra isə müvafiq qərarlar qəbul olunur.

Səsvermədən ötən 20 gün ərzində MSK seçkilərin nəticələrini təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Hazırda şikayətlərin araşdırılması prosesi davam edir və yəqin ki, bu işlər yekunlaşdıqdan sonra MSK sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək.

Nəticələri ləğv olunmuş dairələrdə əlavə seçkilər isə prezidentin sərəncamı əsasında bir ay müddətində təyin edilə bilər”.

Parlament seçkilərinin yenidən keçirilməsi ehtimalına gəldikdə isə Məhərrəm Zülfüqarlı bunları deyib:

“Qanunvericiliyə görə, parlament seçkilərinin yenidən keçirilməsi üçün 125 dairənin üçdə birində nəticələr ləğv edilməlidir”.