UEFA “Tottenhem” – “Leipzig” qarşılaşmasını türkiyəli hakimə həvalə etdibackend

UEFA “Tottenhem” – “Leipzig” qarşılaşmasını türkiyəli hakimə həvalə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” – “Leipzig” qarşılaşmasını türkiyəli hakim Cüneyt Çakıra həvalə edib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

İngiltərə paytaxtında fevralın 19-da keçiriləcək qarşılaşmada Bahattin Duran və Tarık Ongun Cüneyt Çakırın köməkçiləri olacaq.

Qarşılaşmanın dördüncü hakimi Halil Umut Meler, VAR hakimi isə Mete Kalkavan təyin olunub.

İnterpress.az