“SƏLİS Könüllülər” Birliyi təsis olunurbackend

“SƏLİS Könüllülər” Birliyi təsis olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında imzaladığı Sərəncamı rəhbər tutaraq, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Könüllülər” Birliyi təsis edir.

Musavat.com xəbər verir ki, Şura ölkəmizdə vətəndaş cəmiyyətinin güclənməsinə, QHT sektorunun inkişafına və könüllülük hərəkatının genişlənməsinə töhfə vermək məqsədilə vətəndaşları “SƏLİS Könüllülər” platformasında fəal iştiraka dəvət edir.

“SƏLİS Könüllü” olmaq istəyən hər bir şəxs Şuranın “İnnobank” İdeya və Elektron Resurslar portalının ( https://innobank.az/) “Könüllü ol” bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilər.

Əlavə məlumat üçün Şura Katibliyinin məsləhətçisi Sima Cabbarova ilə (493 17 80 dax.402) əlaqə saxlaya bilərsiniz.

İnterpress.az