Orxan Məmmədov: “İslahatlar zərgərlik sahəsinə investisiya axınını artıracaq”backend

Orxan Məmmədov: “İslahatlar zərgərlik sahəsinə investisiya axınını artıracaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərgərlik sahəsində islahatların aparılması bu sahənin canlanmasına, investisiya axınlarının artmasına səbəb olacaq.

İnterpress.az-ın məlumatına görə, bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, xaricdə zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarların vətənə qaytarılması ölkədə ənənəvi istehsal bazarının yaradılmasına, regionda zərgərlik sahəsində şəbəkənin yenidən formalaşmasına səbəb olar.

O.Məmmədov onu da qeyd edib ki, zərgərlik sahəsində təşkilatlanmağa, aktiv ictimai birliyin yaradılmasına ciddi ehtiyac var: “KOBİA tərəfindən müxtəlif qeydiyyat prosedurlarına dəstək məqsədi ilə həm Ədliyyə Nazirliyi, həm də sahibkarlarla iş aparılır”.

İnterpress.az