Nihat Kahveci Bakıya gəlir – FOTO/VİDEObackend

Nihat Kahveci Bakıya gəlir – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli tanınmış futbol veteranı Nihat Kahveci Bakıya gəlir.

İnterpress.az xəbər verir ki, 40 yaşlı veteran Fərdi İnkişaf Zirvəsi çərçivəsində Bakıda keçiriləcək seminar üçün fevralın 22-də ölkəmizdə olacaq.

Türkiyə millisinin, ölkəsinin “Beşiktaş”, İspaniyanın “Vilyareal” və “Real Sosyedad” klublarının hücumçusu olmuş Nihat Kahveci karyerası ərzində uğur qazanmasının sirlərindən seminar iştirakçılarına danışacaq.

Bundan başqa, “TRT Spor” telekanalının sevilən aparıcısı və şərhçisi Ərdoğan Arıkan, “TRT Haber”in aparıcısı Tijen Karaş, həmçinin, sahibkar və yazıçı olan Mustafa Açıkgöz də seminarda çıxış edəcək.

Nihat Kahveci Bakıya gəlir - FOTO/VİDEO