Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ukrayna parlamentində Xocalı soyqırımının tanınması məsələsi müzakirə ediləcək

Ukraynanın Ali Radasında Xocalı soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Dərc edilib: 18 fevral 2020 [17:35]
Baxış sayı: 16213

Ukraynanın Ali Radasında Xocalı soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Bu barədə Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib. O, qeyd edib ki, o artıq Azərbaycan-Ukrayna parlamentlərarası qrup və Ali Radanın Xarici əlaqələr komitəsinin üzvləri bu mövzuda birgə ilkin müzakirələr aparıb. Yaxın vaxtlarda məsələnin Rada komitəsində nəzərdən keçirilməsi gözlənilir. Diaspor rəhbəri bildirib ki: “Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı törədilən cinayətlərin xarakteri və dərəcəsi bu faciə zamanı törədilən cinayətlərdə soyqırım əlamətlərini açıq şəkildə göstərir. Bu günə qədər Çexiya, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Qvatemala, Şotlandiya və ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan parlament aktları qəbul ediblər.

Ukrayna parlamentinin Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanıması isə ədalət əldə etmək və cinayətkarları, işğalçıları cəzalandırmaq zərurətində dünya ictimaiyyətinə ölkələrimiz arasındakı dəstək və həmrəyliyi nümayiş etdirəcək”.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 250