Arxuman Muradlı: “Parlament seçkiləri demokratik və şəffaf keçdi”backend

Arxuman Muradlı: “Parlament seçkiləri demokratik və şəffaf keçdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milli Məclisə keçirilən seçkilərdə qalib gələn namizədlər arasında yeni gənc simaların olması müsbət haldır”.

Bunu interpress.az-a açıqlamasında ictimai siyasi xadim ekspert Arzuman Muradlı deyib.

Azərbaycanda demokratik seçki mühiti baş tutdu. Azərbaycanda özünə güvənən, özünü parlamentdə görmək istəyən, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmək istəyən gənclər Milli Məclisə keçiriləcək seçkilərə qatıldılar. Düşünürəm ki, parlament seçkilərində qələbə qazananlar arasında kifayət qədər gənc yer alması sevindirici haldır. Müşahidələrimiz göstərdi ki, seçki prosesi demokratik və şəffaf keçdi, qanun pozuntusuna rast gəlmədik. Bu seçkilər Azərbaycanın uğurlu gələcəyi üçün atılan addımdır. Yeni formalaşmış parlamentin Azərbaycanın rifahı üçün mühüm töhfələr verəcəyinə inanıram. Bütün məntəqələrdə təşkilatçılıq çox yüksək səviyyədə idi. Barmaqların şəffaf mürəkkəblə rənglənməsi proseduruna isə dünyanın az yerində rast gəlmək olar. Seçicilər də ölkədə aparılan islahatların davamlı olması üçün səsvermədə həvəslə iştirak elədilər.

Interpress.az