Azərbaycanlı Gürcüstana külli miqdarda narkotik maddə keçirmək istəyibbackend

Azərbaycanlı Gürcüstana külli miqdarda narkotik maddə keçirmək istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Daxili İşlər Nazirliyinin və Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin Gömrük Nəzarəti Departamentin əməkdaşları Türkiyə ilə Gürcüstan sərhədində yerləşən “Sarpi” sərhəd-gömrük məntəqəsində Azərbaycan vətəndaşını saxlayıblar.

“Sputnik-Gürcüstan” xəbər verir ki, 1995-ci il təvəllüdlü İ.C. narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.

Saxlanılan şəxs narkotik vasitələri Gürcüstan ərazisinə keçirməyə cəhd edib.

Faktla əlaqədar cinayət məcəlləsinin narkotik maddələrin qanunsuz əldə edilməsi, saxlanması və qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb.

Cinayət əməli təsdiqlənərsə, saxlanılan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.

İnterpress.az