Baş nazirin qoyduğu vaxt 10 günə bitirbackend

Baş nazirin qoyduğu vaxt 10 günə bitir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetinin Maliyyə Nazirliyi qarşısında qoyduğu vaxtın bitməsinə 10 gün qalır.

İnterpress.az-ın məlumatına görə, Maliyyə Nazirliyi mart ayınadək büdcə xərclərinə nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi üçün təklifləri təqdim etməlidir.

Xatırladaq ki, Baş nazirin yanvarın 16-da imzaladığı sərəncamla “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı” təsdiqlənmişdi.

İnterpress.az