Bakıda 42 yaşlı şəxs xəstəxanada ölübbackend

Bakıda 42 yaşlı şəxs xəstəxanada ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 42 yaşlı xəstə vəfat edib.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsində baş verib.

Məlumata görə, 1978-ci il təvəllüdlü xəstə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna fevralın 18-də daxil olub. O, Ağciyər İnstitutuna müraciət edən zaman vəziyyəti kritik olub.

Həkimlər müayinə zamanı xəstəyə ikitərəfli ağır gedişli pnevmoniya, kəskin ağciyər-ürək çatışmazlığı və ikinci tip şəkərli diabet diaqnozu qoyub. Xəstə dərhal birinci Reanimasiya şöbəsinə yerləşdirilib.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün axşam saat 19:10-da xəstənin bioloji ölümü gerçəkləşib.

İnterpress.az