Bakıda avtoyuma məntəqəsində çalışan şəxs müştərinin avtomobili ilə iki qadını vurdubackend

Bakıda avtoyuma məntəqəsində çalışan şəxs müştərinin avtomobili ilə iki qadını vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, T.Xəlilbəyli küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında baş verib.

Həmin avtoyuma məntəqəsində işləyən Astara rayon sakini, 1997-ci il təvəllüdlü Seymur Xanhüseynzadə avtoyumaya verilmiş Gürcüstan vətəndaşına məxsus “Nissan X-Trail” markalı avtomobili sürərkən yolda olan 1945-ci il təvəllüdlü Səidə Məhərrəmova və 1950-ci il təvəllüdlü Lalə Axundovanı vurub.

Hər iki qadın aldıqları zərbədən xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (yol-istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

İnterpress.az