Zaur Əliyevdən ailə həkimləri ilə bağlı AÇIQLAMAbackend

Zaur Əliyevdən ailə həkimləri ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Araşdırmalarımızın nəticəsi kimi deyə bilərik ki, vətəndaş bəzi ixtisaslar üzrə ailə həkiminin göndərişi olmadan birbaşa ixtisas həkiminə müraciət edə bilər”.

İnterpress.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Z.Əliyev qeyd edib ki, ailə həkiminin tələb olunan sahə üzrə kifayət qədər bilik və bacarıqlarının olmaması ehtimalı nəzərə alınaraq müəyyən təkliflər hazırlanır:

“Biz heç bir vətəndaşı bu məsələyə görə əziyyətə salmaq istəmirik. Belə ki, vətəndaş birbaşa müştərək maliyyələşmə məbləği ödəmədən ixtisas həkiminə müraciət edə bilər.

Agentlik tərəfindən vətəndaşların hansı ixtisaslar üzrə ailə həkiminə müraciət etmədən birbaşa ixtisas həkiminə müraciət edə biləcəyinə dair yaxın zamanlarda ictimaiyyətə ətraflı məlumat veriləcək”.

İnterpress.az