Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Qonşu ölkədə təşviş: İranda daha iki nəfər koronavirusa görə karantinə alındı

İranın Mazandaran əyalətinin Babül şəhərində iki nəfər koronavirus şübhəsi ilə karantinə alınıb.

Dərc edilib: 20 fevral 2020 [15:31]
Baxış sayı: 15746

İranın Mazandaran əyalətinin Babül şəhərində iki nəfər koronavirus şübhəsi ilə karantinə alınıb.

“Haber Global”ın məlumatına görə, bu barədə Babül Universitetinin Tibb fakültəsinin dekan köməkçisi Mustafa Cevanian açıqlama verib.

O, qəti diaqnoz üçün analizlərin cavabını gözlədiklərini bəyan edib.


“Karantinə alınan iki nəfərin analiz cavabları olmadan dəqiq diaqnoz deyə bilmərik. Hər iki şəxs hazırda karantindədir və onlardan lazım olan nümunələr götürülüb”.

Xatırladaq ki, fevralın 19-da İranda iki nəfər koronavirusdan ölüb. İran vətəndaşı olmuş bu şəxslər Qum şəhərində yaşayıblar.

Qum Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Reza Qadir koronavirus şübhəsi olan insanların karantində saxlanılması üçün ölkədə iki xəstəxananın ayrıldığını bəyan edib. Bununla belə, o, Qumda virusla bağlı məsələnin nəzarətdə olduğunu vurğulayıb.

Onu da qeyd edək ki, Qumda koronavirusla bağlı məsələnin araşdırılması üçün məktəb və universitetlərdə dərslər təxirə salınıb.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 251