Məktəbliyə təcavüz edib küçəyə atdılarbackend

Məktəbliyə təcavüz edib küçəyə atdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Moskva şəhərində məktəbliyə təcavüz edilib.

Mk.ru-nun Rusiya İstintaq Komitəsinə istinadən yaydığı xəbərə görə, 16 yaşlı qız 45 yaşlı kişi tərəfindən təcavüzə məruz qalıb.

Belə ki, kişi məktəbli ilə internetdə tanış olub və onu evinə dəvət edib.

Daha sonra o, məktəbliyə narkotik maddə verib və ona təcavüz edib. Tezliklə narkotik və içkidən zəhərlənən qız ölüb. Bu zaman həmin şəxs qızın meyitini küçəyə atıb.

İstintaq prosesi zamanı hadisəni törədən şəxs tutulub. Məlum olub ki, o, bu məktəbli qıza bir neçə dəfə təcavüz edib.

Prokurorluq işi baxılması üçün məhkəməyə göndərib.

İnterpress.az