Daha bir məntəqənin nəticələrinin üstündən xətt çəkildibackend

Daha bir məntəqənin nəticələrinin üstündən xətt çəkildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasında (MSK) 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi üzrə namizəd Sitarə Zeynalovanın müraciəti müzakirəyə  çıxarılıb.

İnterpress.az-ın xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK iclasda qərara alıb ki, adıçəkilən dairənin 8 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılsın.

Qeyd edək ki, həmin dairənin lider namizədi Musa Quliyevdir.

İnterpress.az