Hülusi Akar: İdlibdəki gərginlik “S-400”lərlə bağlı planlarımıza təsir etməyəcəkbackend

Hülusi Akar: İdlibdəki gərginlik “S-400”lərlə bağlı planlarımıza təsir etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın İdlib şəhərində vəziyyətin gərginləşməsi Türkiyənin “S-400” zenit-raket komplekslərinin yerləşdirilməsi ilə bağlı planlarına təsir etməyəcək.

“RİA Novosti” xəbər verir ki, bunu Türkiyənin Müdafiə Naziri Hülusi Akar bəyan edib.

Qeyd edək ki, bu gün Suriyanın müxalif qüvvələri Əsədə bağlı orduların Kminas və Nayrab istiqamətində müdafiəsini yarmağa müvəffəq olub.

Bundan sonra Rusiyanın “Su-24” qırıcıları müdafiəni yaran qruplara havadan zərbələr endirməyə məcbur qalıb.

Nəticədə müxalif qüvvələrin irəliləməsində səngimə müşahidə olunur.

İnterpress.az