Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Qayınata toy günü bəyin boğazını kəsib öldürdü - FOTO

Tükiyənin Qaziantep rayonunda toyda faciə baş verib.

Dərc edilib: 21 fevral 2020 [11:14]
Baxış sayı: 6247

Tükiyənin Qaziantep rayonunda toyda faciə baş verib.

Sondakika.com-un yaydığı xəbərə görə, 46 yaşlı Mehmet Gökbulud qızının toy günü kürəkəni Əsər Əfsanənin boğazını kəsərək öldürüb.

O, hadisəni törədəndən sonra polisə gedərək təslim olub.

Məhkəmə prosesində həmin şəxs törətdiyi əməli tam etiraf edib. Gökbuludun ifadəsinə görə, qızı Damla Ə.Əfsanənin onu zorla qaçırdığını və ona təcavüz etdiyini deyib. Gökbulud da Ə.Əfsanəni qızının namusunu təmizləmək üçün öldürüb.

Gökbulud bəyin hadisəyə müdaxilə edən anasını da bıçaqlayıb.

Hadisə şahidlərindən biri cinayətin əvvəldən planlaşdırıldığını deyib. Onun bildirdiyinə görə, bəyin qayınanası Ayyuş Gökbulud yallı gedənlərə gözyaşardıcı qaz paylayıb və özü də hadisə zamanı havaya gözyaşardıcı qaz püskürdüb.

Məhkəmə Gökbuludun həbsdə qalmasına qərar verib. Növbəti proses 2020-ci il may ayının 5-nə təyin edilib.
Qayınata toy günü bəyin boğazını kəsib öldürdü - FOTO






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 252