Bakıda uşaq poliklinikasında tüstülənmə – YENİLƏNİBbackend

Bakıda uşaq poliklinikasında tüstülənmə – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən uşaq poliklinikasında yanğın olduğuna dair məlumat yayılıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, onlara yanğınla bağlı heç bir məlumat daxil olmayıb.

FHN-dən verilən məlumata görə isə sözügedən uşaq poliklinikasında yüngün tüstülənmə qeydə alınıb. Hadisə ilə bağlı müvafiq təhlükəsizlik tədbirlər görülüb. 

16:25

Bakıda yanğın hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 17 saylı uşaq poliklinikasında qeydə alınıb.

Məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi əraziyə yollanıb.

İnterpress.az