AFFA işsiz məşqçiləri milliyə baş məşqçi qoydubackend

AFFA işsiz məşqçiləri milliyə baş məşqçi qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın iki yaş qrupu üzrə milli komandalarının baş məşqçisinin adı açıqlanıb.

İnterpress.az xəbər verir ki, 16 (U-16) və 18 (U-18) yaşadək yığmalarımızın yeni çalışdırıcısı müəyyənləşib.

AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, U-18 Elxan Abdullayevə, U-16 isə Aqil Nəbiyevə həvalə olunub.

Qeyd edək ki, Elxan Abdullayevin sonuncu iş yeri “Neftçi” komandası olub. O, 2017-ci ilin avqustun 21-dən işsizdir. Millimizin sabiq futbolçusu Aqil Nəbiyevin son iş yeri isə ötən yay dağılmış I divizion klubu “Şüvəlan” olub.

İnterpress.az