Bu məktəbdə Ana dili günü ilə bağlı tədbir keçirilib – FOTObackend

Bu məktəbdə Ana dili günü ilə bağlı tədbir keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nizami rayonunda yerləşən 312 nömrəli məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.

İnterpress.az xəbər verir ki, tədbir məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Elmira Cəbiyevanın təşkilatçılığı ilə baş tutub.

Azərbaycançılıq ideaları, milli-mənəvi dəyərləri təbliğ etmək, Azərbaycanın dili, ədəbiyyatı, tarixi, mədəniyyəti və incəsənətinə məhəbbət hissini aşılamaq məqsədi ilə reallaşdırılan tədbirdə valideynlər, müəllimlər və media nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himni ilə açıq elan olunub. Tədbirdə bir-birini əvəzləyən möhtəşəm kompozisiyalar, bədii-qiraət nümunələri, müxtəlif səhnəciklər və rəqslər nümayiş edilib.

Məktəbin istedadlı şagirdlərinin təşkilatçılığı ilə Səməd Vurğunun “Vaqif“ dramından, Cəlil Məmmədquluzadənın “Anamın kitabı” tragikomediyasından, \”Azərbaycan\” məqaləsindən, \”Dədə Qorqud\” dastanından və İlyas Əfəndiyevin \”Xurşudbanu Natavan\” pyesindən hazırlanmış səhnələr təqdim olunub.

Tədbirdə nümayiş olunan \”Varvarizimlərə son\” sosial çarxı ilə nitqdə, ana dilində qarşılığı olan əcnəbi sözlərin işlədilməsinin yol verilməz olduğu bir daha diqqətə çatdırılıb.

E.Cəbiyeva çıxışında Azərbaycan dilinin zənginliyindən danışıb: \”Bu gün Ana dilimizi sevə-sevə öyrədənlərin günüdür, biz həmişə dilimizin gözəlliklərini saflığını şagirdlərimizə çatdırıb onlara sevdiririk. Bu gün bizim tədris proqramında dilimizi tam şəkildə ifadə etmək, öyrətmək üçün geniş imkanlar var. Lakin biz yalnız proqramla kifayətlənmirik, əli silahlı əsgər kimi, qanımızla canımızla dilimizi təlim tərbiyə prosesinin hər anında sevdiririk\”.

Məktəbin direktoru Xatirə Hacıyeva isə çıxışında bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində müxtəlif tarixi hadisələrin, əlamətdar günlərin milli bayramların qeyd edilməsi artıq ənənə halını alıb: \”Hər il fəaliyyət planında şagirdlərin milli ruhda yetişməsi üçün bunlar nəzərə alınır. Ana dili günü ilə də bağlı silsilə tədbirlərimiz keçirilmişdir. Belə ki, fevral ayında bütün təşkilat saatlarımız \”Ana dilim milli qeyrət sinvolum”, \”Ana dilimiz qürur mənbəyimizdir”, \”Ana dilimiz milli sərvətimizdir” mövzularına həsr olunmuş, dəyirmi masalar, rəsm, referat müsabiqələri keçirilmişdir. Dilimizə qayğı ölkə prezidentinin də daim diqqət mərkəzindədir. Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmalı, onu yad ünsürlərdən qorumalıdır. Unutmamalıyıq ki, dilimiz varsa biz də varıq\”.

Bu məktəbdə Ana dili günü ilə bağlı tədbir keçirilib - FOTO

Bu məktəbdə Ana dili günü ilə bağlı tədbir keçirilib - FOTO

Bu məktəbdə Ana dili günü ilə bağlı tədbir keçirilib - FOTO