Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Berlində Xocalı soyqırımına həsr olunmuş sərgi - FOTO

Almaniyanın Berlin şəhərində Azərbaycanın xalq rəssamı Əşrəf Heybətovun Xocalıya həsr olunmuş əsərlərinin sərgisi təşkil edilib.

Dərc edilib: 22 fevral 2020 [14:51]
Baxış sayı: 23925

Almaniyanın Berlin şəhərində Azərbaycanın xalq rəssamı Əşrəf Heybətovun Xocalıya həsr olunmuş əsərlərinin sərgisi təşkil edilib.

İnterpress.az xəbər verir ki, sərgi Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlindəki Azərbaycan evində baş tutub. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, eləcə də Ümumavropa Qarabağ mitinqində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən Berlinə gəlmiş yüzlərlə soydaşımız iştirak ediblər.

Tədbirdə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov çıxış ediblər. Natiqlər Qarabağ həqiqətlərindən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında diasporun rolundan, Azərbaycan evinin bu istiqamətdə fəaliyyətindən, Almaniyada yaşayan tanınmış rəssam Əşrəf Heybətovun bir sənətkar kimi bu hadisələri öz əsərlərində təsvir etməsinin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, bu cür tədbirlər azərbaycanlıların bir araya gəlməsinə, Xocalı soyqırımı və digər mövzular ətrafında müzakirələrə səbəb olub. Dünyadakı soydaşlarımızın Azərbaycanın taleyüklü məsələlərində birlik və yekdillik nümayiş etdirməsinin vacibliyi vurğulanıb.

Berlində Xocalı soyqırımına həsr olunmuş sərgi - FOTO

Berlində Xocalı soyqırımına həsr olunmuş sərgi - FOTO

Berlində Xocalı soyqırımına həsr olunmuş sərgi - FOTO

Berlində Xocalı soyqırımına həsr olunmuş sərgi - FOTO

Berlində Xocalı soyqırımına həsr olunmuş sərgi - FOTO






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 250