Ankara və İstanbuldan Bakıya bir avroya uçmaq mümkün olacaqbackend

Ankara və İstanbuldan Bakıya bir avroya uçmaq mümkün olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara və İstanbuldan Bakıya bir avroya uçmaq mümkün olacaq.

Bu barədə “AirlineHaber”in yaydığı məlumatda deyilir.

Bildirilir ki, “Türk Hava Yolları” şirkətinin törəməsi olan “AnadoluJet” martın 29-dan etibarən İstanbulun “Sabiha Gökçen” və Ankaranın “Esenboğa” hava limanlarından xaricə bir dollardan başlayan səyahət imkanı verir.

“Almaniya, Avstriya, Azərbaycan, BƏƏ, Bəhreyn, Belçika, Danimarka, Fransa, Gürcüstan, Niderland, İngiltərə, İspaniya, İsrail, İsveç, İtaliya, Küveyt, Rusiya və Səudiyyə Ərəbistanını uçuş marşrutuna əlavə edən brend ümumilikdə 21 ölkəyə səfər təşkil edəcək”, – deyə məlumatda bildirilir.

Məhdud sayda yer üçün keçərli olan endirimdən yararlanmaq istəyən sərnişinlər martın 1-nə qədər satın alacaqları biletlərlə 29 mart-24 oktyabr tarixləri arasında vergilərdən əlavə bir dollardan başlayan qiymətlərlə uça biləcəklər.

Türkiyə, Bağdad, Ərbil və Təl-Əviv çıxışlı uçuşlar bir dollardan, Bakı, Barselona, Berlin, Frankfurt, Paris, Milan, Moskva, Roma və Tiflis çıxışlı uçuşlar bir avrodan, London çıxışlı uçuşlar bir funt sterlinqdən, Bəhreyn çıxışlı uçuşlar bir Bəhreyn dinarından, Küveyt çıxışlı uçuşlar bir Küveyt dinarından, Dubay çıxışlı uçuşlar doqquz BƏƏ dinarından, Dammam və Riyad çıxışlı uçuşlar doqquz Səudiyyə Ərəbistanı rialından başlayan qiymətlərlə satışa buraxılacaq.

İnterpress.az