Hafiz Hacıyev xəstəxanaya yerləşdirilibbackend

Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problemlər yaranıb.

Bu barədə Oxu.Az-a Hafiz Hacıyevin özü məlumat verib.

O bildirib ki, ürəyində problemlər var və  bir neçə gündür xəstəxanadadır.

“Mən həkim nəzarəti altındayam. Hazırda xəstəxanadayam. Səhhətimdə yaranan problemlə əlaqədar çox danışa bilmirəm”, – deyə Hafiz Hacıyev söyləyib.

Xatırladaq ki, Hafiz Hacıyev Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə namizəd idi.

İnterpress.az