Güclü külək əsəcək – XƏBƏRDARLIQbackend

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında fevralın 25-də gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.

Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

İnterpress.az