Vasif Talıbov yenidən Ali Məclisin sədri seçildibackend

Vasif Talıbov yenidən Ali Məclisin sədri seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 24-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Vasif Talıbov yenidən qurumun sədri seçilib.

İnterpress.az-ın məlumatına görə, sessiyada çıxış edən Vasif Talıbov Ali Məclisin deputatlarına təşəkkürünü çatdırıb.

“Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər bir daha təsdiq etdi ki, ulu öndər Heydər Əliyev siyasi xətti Azərbaycanın inkişaf, sabitlik və rifah yoludur”,- deyə Vasif Talıbov əlavə edib.

İnterpress.az