Qazaxıstanda etiraz aksiyaları keçirilib: Onlarla saxlanılan varbackend

Qazaxıstanda etiraz aksiyaları keçirilib: Onlarla saxlanılan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın paytaxtı Nur-Sultanda, Almatı şəhərində və ölkənin digər bölgələrində keçirilən etiraz aksiyaları zamanı 50 nəfərdən çox etirazçı saxlanılıb.

“RİA Novosti” agentliyinin xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər naziri Erlan Turqumbayev məlumat verib.

Etiraz aksiyaları hazırda Fransada yaşayan “Qazaxıstanın Demokratik Seçimi” hərəkatının rəhbəri Muxtar Ablyazovun müraciətindən sonra baş tutub.

Qazaxıstanın DİN rəhbəri bildirib ki, həbs edilən nümayişçilərdən 10 nəfəri inzibati məsuliyyətə cəlb edilib.

İnterpress.az