Kanadalılar İranda vurulan təyyarədə ölənlər üçün 2,5 milyon dollar vəsait toplayıbbackend

Kanadalılar İranda vurulan təyyarədə ölənlər üçün 2,5 milyon dollar vəsait toplayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada vətəndaşları İran səması üzərində vurulmuş Ukraynaya məxsus sərnişin təyyarəsində həlak olan şəxslərin ailəsinə kömək məqsədi ilə 2,5 milyon dollar (4,2 milyon manat) vəsait toplayıb.

Bu barədə Kanadanın Xаrici İşlər nаziri Fransua-Filipp Şampan “Twitter” hesabında yazıb.

Xatırladaq ki, yanvarın 8-də Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsi Tehran yaxınlığında vurulub. Hadisə vaxtı 176 nəfər həlak olub.

Onlardan 63-ü Kanada vətəndaşı olub. İran tərəfi təyyarəni səhvən vurduğunu etiraf edib.

İnterpress.az