Tehran-İstanbul təyyarəsi koronavirusa görə Ankarada təcili eniş etdibackend

Tehran-İstanbul təyyarəsi koronavirusa görə Ankarada təcili eniş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Hava Yolları”nın Tehran-İstanbul reysi üzrə hərəkət edən təyyarəsi bəzi sərnişinlərdə koronavirus əlamətlərinin görünməsi səbəbindən Ankaranın Esenboğa hava limanında təcili eniş edib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Təyyarədə 132 sərnişin var. Onlar müayinədən sonra karantinə alınacaqlar.

İddiaya görə, təyyarədə bir neçə sərnişində yüksək temperatur müəyyən edilib.

İnterpress.az