Azərbaycanın sabiq daxili işlər naziri vəfat etdibackend

Azərbaycanın sabiq daxili işlər naziri vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib.

Bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla “Facebook” hesabında məlumat yayıb.

Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib.

Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Həmidov daha sonra “Bakı City Hospital”a yerləşdirilmişdi.

İnterpress.az