İranlı general Azərbaycanın Müdafiə nazirinin müavini ilə nələri müzakirə etdi?backend

İranlı general Azərbaycanın Müdafiə nazirinin müavini ilə nələri müzakirə etdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargahının beynəlxalq və diplomatik məsələlər departamentinin rəhbəri Qadir Nizami ilə Azərbaycanın Müdafiə nazirinin müavini Fuad Məhəmmədov arasında görüş keçirilib.

Bu barədə “Mehrnews” xəbər yayıb.

Görüşdə hər iki tərəfdən hərbi ekspertlər də iştirak edib.

Görüşdə müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə predmeti olub.

Hərbi nümayəndələrin, hərbi təhsil alan şəxslərin mübadiləsi barədə, birgə təlimlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşün proqramına anlaşma memorandumunun imzalanması da daxildir.

İnterpress.az