Gəncədə “07” gənc qadının üstündən keçdibackend

Gəncədə “07” gənc qadının üstündən keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Rüzgar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yüksək sürətlə hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 1990-cı il təvəllüdlü Xəyalə Rüstəmovanı vurub.

İdarəetməni itirən sürücü qadın piyadanın üstündən keçib. Nəticədə, müxtəlif dərəcəli bədən xəsarətləri alan X.Rüstəmova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az