Bakıda işıqlar söndübackend

Bakıda işıqlar söndü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının bəzi hissələrində elektrik enerjisi təchizatının verilməsində  problem yaranıb.

İnterpress.az-ın məlumatına görə, Sabunçu rayonunun Yeni Ramana qəsəbəsi, Heydər Əliyev prospekti, Xətai rayonu və Nizami rayonunda elektrik enerjisi təchizatının verilməsi dayandırılıb.

“Azərişıq” ASC-dən saytımıza bildirilib ki, baş vermiş hadisəyə yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq yaranması səbəb olub:

“Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir. Qısa zamanda problem həll olunacaq və elektrik enerjisi təchizatının verilməsi bərpa olunacaq”.

İnterpress.az