İsrail helikopterləri Suriya mövqelərinə zərbələr endirdibackend

İsrail helikopterləri Suriya mövqelərinə zərbələr endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail helikopterlərinin Kuneytrədə yerləşən Suriya mövqelərinə zərbə endirməsi nəticəsində üç suriyalı hərbçi yaralanıb.

Suriyanın “Ikhbariya” telekanalı xəbər verir ki, zərbələr Qolan yüksəkliklərindən həyata keçirirlib.

“Hücuma Suriyanın Kahtaniya və əl-Hürriyə, həmçinin Kuneytrə şəhərindəki mövqeləri məruz qalıb”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, İsrail nadir hallarda Suriyanın Qolandakı mövqelərinə zərbələr endirir.

Son zamanlarda hava zərbələri əsasən Dəməşq istiqamətində həyata keçirilir.

İnterpress.az