Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Altın Kelebek” mükafatları gecəsi təxirə salındı

Suriya ilə sərhəddə çox sayda türkiyəli əsgərin öldürülməsi səbəbi ilə bu gün axşam saatlarında İstanbulda yerləşən “Zorlu Center Performans Sanatları Merkezi”ndə keçirilməsi gözlənilən 46-cı “Altın Kelebek” mükafatları gecəsi təxirə salınıb.

Dərc edilib: 28 fevral 2020 [14:14]
Baxış sayı: 4844

Suriya ilə sərhəddə çox sayda türkiyəli əsgərin öldürülməsi səbəbi ilə bu gün axşam saatlarında İstanbulda yerləşən “Zorlu Center Performans Sanatları Merkezi”ndə keçirilməsi gözlənilən 46-cı “Altın Kelebek” mükafatları gecəsi təxirə salınıb.

İnterpress.az xəbər verir ki, hazırda təşkilatçılar məsələ ilə bağlı danışıqlar aparırlar.

Onlar əyləncəli tədbirin belə bir zamanda keçirilməsini məqsədəuyğun hesab etməyiblər.


Qeyd edək ki, “Azərbaycanın ən parlaq ulduzu” mükafatı uğrunda mübarizə aparan Xalq artisti Röya Ayxan, müğənnilər Sevda Yahyayeva, Nura Suri, Gülay Zeynallı, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva ötən gün İstanbula yola düşüblər.

Müğənnilər Murad Arif və Xəyyam Nissanov isə “Altın Kelebek” mükafatından imtina ediblər.
“Altın Kelebek” mükafatları gecəsi təxirə salındı






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 249