Rusiya İran vətəndaşlarına sərhədini bağladıbackend

Rusiya İran vətəndaşlarına sərhədini bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran vətəndaşlarının Rusiya Federasiyası sərhədlərindən keçməsi müvəqqəti olaraq dayandırılıb.

“Vestnik Kafkaza”nın məlumatına görə, müvafiq sərəncam bir gün əvvəl Baş nazir Mixail Mişustin tərəfindən verilib və Nazirlər Kabinetinin saytında dərc edilib.

“28 Fevral 2020-ci il Moskva vaxtı ilə saat 00:00 dan etibarən təhsil və məşğulluq, habelə fərdi, turizm və tranzit məqsədi ilə Rusiya Federasiyasının ərazisinə daxil olan İran İslam Respublikası vətəndaşlarının Rusiya Federasiyasının dövlət sərhədindən keçməsi müvəqqəti olaraq dayandırılsın”, – deyə sərəncamda bildirilir.

Bundan əlavə, digər bir sərəncamla “Şeremetyevo” hava limanı istisna olmaqla, Rusiya Federasiyasının dövlət sərhədi ərazisindəki hava keçid məntəqələrinə İran ərazisindən xarici vətəndaşların daxil olması müvəqqəti məhdudlaşdırılır.

Sərəncamda ancaq Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin vətəndaşları, habelə təyyarələrin heyət üzvləri, eləcə də rəsmi nümayəndə heyətlərinin üzvləri və Rusiyada yaşamaq hüququ olan fərdi şəxslər istisna edilir.

İnterpress.az