Ağcabədidə mənzillərin verilməsi zamanı qarşıdurma: Saxlanılanlar varbackend

Ağcabədidə mənzillərin verilməsi zamanı qarşıdurma: Saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda məcbur köçkünlərə mənzillərin verilməsi zamanı yaranan qarşıdurmaya münasibət bildirib.

DİN Mətbuat xidmətindən Bərdə Regional Qrupundan  bildirilib ki, baş verən hadisə zamanı heç bir polis əməkdaşı yaralanmayıb:

“İki nəfər xuliqanlıq etdiyinə görə Laçın Rayon Polis Şöbəsinə gətirilib. Onlar başlarını şöbənin qapısına vurub, özlərinə xəsarət yetiriblər. Həmin vaxt Laçın RPŞ-ə təcili tibbi yardım çağırılıb, onlara tibbi yardım göstərilib. Hazırda hər iki şəxsin əməlləri ilə bağlı araşdırma davam etdirilir”.

Qeyd edək ki, bu gün Ağcabədi rayonunda məcbur köçkünlərə mənzillərin verilməsi prosesi zamanı bəzi şəxslər onlara verilən mənzillərin otaq sayları ilə razılaşmayıb. Onlar Laçın Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Polisin müdaxiləsi ilə saxlanılanlar olub.

İnterpress.az