“Gənclərin könüllülük fəaliyyətində iştirakının artırılması” layihəsi həyata keçirildibackend

“Gənclərin könüllülük fəaliyyətində iştirakının artırılması” layihəsi həyata keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15, 16, 22 və 23 fevral 2020-ci il tarixlərində Binəqədi rayon Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsinin C kateqoriyası üzrə qalib olmuş “Gənclərin könüllülük fəaliyyətində iştirakının artırılması” layihəsi həyata keçirilmişdir.

“Gənclərin könüllülük fəaliyyətində iştirakının artırılması” layihəsinin məqsədi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2020-ci
ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncamı, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və “Dayanıqlı İnkişaf Məqsədləri”ni əsas tutaraq 2020-ci ilin prioritetlərindən olan könüllülük fəaliyyətinin gənclər arasında təşviqidir.

Hər gün üçün 20 nəfər olmaqla, ümumilikdə 80 nəfərin iştirakı ilə həyata keçirilən tədbirin açılışı zamanı layihə rəhbəri Məmmədova Günayə iştirakçıları salamlayaraq baş tutan layihə və Gənclər Fondunun fəaliyyəti haqqında geniş məlumat vermişdir. Daha sonra tədbir, təlimçi Fəxri Məmmədlinin könüllülük fəaliyyəti daxilində gənclərin karyera və şəxsi həyatda uğur əldə etmək, həmçinin liderlik, ünsiyyət və sosiallaşma bacarıqlarını inkişaf etdirmələrinəyönəldilmiş nəzəri təlimləri və praktiki oyunlar ilə davam etmişdir.

15 fevral tarixində təlimdə iştirak etmiş Şövkət Behbudova: “Təlim müddətində, könüllülüyün nəinki bizim gələcək karyeramızda, həmçinin düşdüyümüz mühitə adaptasiyada, bizdə məsuliyyət hissinin formalaşmasında, insanlarla daha rahat ünsiyyətə girməyimizdə nə qədər böyük rol oynadığını başa düşmüş oldum”.

16 fevral tarixində təlimdə iştirak etmiş Mətanət Quliyeva: “Həqiqətən mənim üçün çox maraqlı oldu, çünki “könüllülük nədir?”, “bizə hansı faydaları verir?”, “uğur qazanmağın əsas yolları nədir?” və bu kimi digər mövzular haqqında çox önəmli məlumatlar əldə etdim. Həmçinin müxtəlif praktiki oyunlar da tədbirə ayrı bir maraq qatdı”.

#AzGF #GenclerFondu #2020 #YearofVolunteers

“Gənclərin könüllülük fəaliyyətində iştirakının artırılması” layihəsi həyata keçirildi

“Gənclərin könüllülük fəaliyyətində iştirakının artırılması” layihəsi həyata keçirildi

“Gənclərin könüllülük fəaliyyətində iştirakının artırılması” layihəsi həyata keçirildi

“Gənclərin könüllülük fəaliyyətində iştirakının artırılması” layihəsi həyata keçirildi