Tramp Milli Kəşfiyyatın rəhbəri vəzifəsinə namizədini irəli sürübbackend

Tramp Milli Kəşfiyyatın rəhbəri vəzifəsinə namizədini irəli sürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp ölkənin Milli Kəşfiyyatının rəhbəri vəzifəsinə namizədini irəli sürüb.

Bu barədə dövlət başçısı özünün “Twitter” səhifəsində yazıb.

“Milli Kəşfiyyatın direktoru vəzifəsinə konqresmen Con Retkliff təyin olunmalıdır”, – deyə Prezident yazıb.

D.Tramp, həmçinin Retkliffi “böyük istedada malik görkəmli insan” adlandırıb.

Qeyd edək ki, əvvəllər Milli Kəşfiyyatın direktoru vəzifəsini ABŞ-ın Berlindəki səfiri Riçard Qrenell icra edirdi.

İnterpress.az