Gədəbəydə maşın oğurlandıbackend

Gədəbəydə maşın oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 28-də Tovuz rayonunun Ceyrançöl adlanan ərazisindən Gədəbəy rayon sakini A.Məmmədova məxsus “VAZ-21015” markalı avtomobilin qaçırılması barədə Tovuz RPŞ-yə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tovuz və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Veyisov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az