Bakıda “KamAZ” 35 yaşlı kişinin ayağının üstündən keçdibackend

Bakıda “KamAZ” 35 yaşlı kişinin ayağının üstündən keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yük avtomobili piyadaya xəsarət yetirib.

“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

“KamAZ” markalı yük avtomobili Yusif Səfərov küçəsində 1985-ci il təvəllüdlü Cavadov Cavid Tofiq oğlunun sol ayağının üstündən keçib. Nəticədə C.Cavadov ağır xəsarət alıb.

Yaralını ərazidə xidmət göstərən YPX əməkdaşları 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az