Nazirlikdən koronavirusa görə təhsilin dayandırılması ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Nazirlikdən koronavirusa görə təhsilin dayandırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi məktəblərdə təhsilin dayandırılması ilə bağlı məsələyə münasibət bildirib.

İnterpress.az-ın məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında deyib ki, məsələ barədə hələlik heç bir qərar verilməyib:

“Mövcud vəziyyət müzakirə edilir və bu barədə hər hansı qərar qəbul edilərsə, ilk növbədə mətbuat məlumatlandırılacaq”.

C.Valehov qeyd edib ki, koronavirus epidemiyası ilə bağlı məsələ ilk gündən diqqət mərkəzindədir:

“Artıq yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb və proses növbəti günlərdə də davam edəcək”.

O qeyd ki, məktəblərdə fəaliyyət göstərən qərargaha toplanan müvafiq məlumat təhlil olunur və nəticələr barədə qərar qəbul edilir.

İnterpress.az