Bakı polisi qız qaçıranları saxladıbackend

Bakı polisi qız qaçıranları saxladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonu 6-cı Polis Bölməsi və Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları qız qaçıran şəxsləri tez bir zamanda saxlayıblar.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Binəqədi şosesində martın 1-də saat 12:40 radələrində üç gənc oğlan 34 yaşlı Gülnarə Məmmədovanı zorla “Mersedes” markalı avtomobilə mindiriblər.

Onlar qızı Ağdam rayonuna aparmağı planlaşdırıblar, lakin Dövlət Yol Polisinin Nəvai postunda əməliyyatçılar tərəfindən tutulublar.

Saxlanılan şəxslər Ağdam rayon sakinləri 37 yaşlı Zaur Aslanov, 28 yaşlı Əsgər Mehdiyev və 33 yaşlı Elçin Quliyevdir.  

Onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az