Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



SOCAR martın ilk həftəsində Belarusa neft ixrac edəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 5-6 mart tarixlərində Belarusa ilk neft tankerini göndərəcək.

Dərc edilib: 2 mart 2020 [14:47]
Baxış sayı: 14424

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 5-6 mart tarixlərində Belarusa ilk neft tankerini göndərəcək.

Bu barədə “RİA Novosti” SOCAR-ın rəsmi nümayəndəsi İbrahim Əhmədova istinadla xəbər yayıb.

Onun sözlərinə görə, hazırda 85 min ton həcmində iki tankerin göndəriləcəyi gözlənilir.

İlk tanker Türkiyənin Ceyhan limanından, ikincisi isə Gürcüstanın Supsa limanından çıxacaq.

Xatırladaq ki, ötən həftə “Belneftkimya” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib ki, SOCAR mart ayında Odessa limanına iki tanker göndərəcək.

Neft oradan “Odessa-Brodı” boru kəməri vasitəsilə nəql ediləcək.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 252