Politoloq: Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik sahəsində ən yaxşı nümunədirbackend

Politoloq: Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik sahəsində ən yaxşı nümunədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Türkiyə Strateji Əməkdaşlıq Şurasının VIII iclası çərçivəsində imzalanan sazişlər, iki ölkə rəhbərinin bəyanatları çox önəmlidir. Azərbaycanın Türkiyə ilə təhsil, səhiyyə, mədəniyyət sahələrində bir çox ortaq sazişi mövcuddur. Fərqli sahələri əhatə edən mühüm razılaşmalar imzalanıb. Bundan başqa, TANAP və digər irimiqyaslı layihələrdə də Azərbaycan-Türkiyə tərəfdaşlığı əvəzolunmazdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib.

O qeyd edib ki, Azərbaycan hərbi sahədə Türkiyə ilə daim təcrübə mübadiləsi aparır. Ölkələrimiz həm ordu quruculuğu sahəsində, həm də müdafiə sənayesi ilə bağlı önəmli layihələri icra edir, birgə təlimlər keçirirlər. Azərbaycan və Türkiyənin həmrəyliyi, siyasi vahidliyi digər müttəfiq ölkələrə də örnək olmalıdır.

Politoloq vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik sahəsində ən yaxşı nümunədir. Onun sözlərinə görə, təkcə ötən il iki ölkə arasında ticarət dövriyyəsi 4 milyarddan çox olub. Türkiyə şirkətləri Azərbaycanda 14 milyard dollar dəyərində 400-dən çox layihə həyata keçirir.

Tural İsmayılov qeyd edib ki, Türkiyənin Azərbaycana birbaşa investisiyaları 11 milyard dollara çatır. Həmçinin bütün beynəlxalq platformalarda Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ölkəmizi müdafiə edir. Dünənki görüşdə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xocalı soyqırımı və Qarabağ məsələsi ilə bağlı çıxışı bu kontekstdə qardaş ölkənin daim Azərbaycanın yanında olacağını həm düşmənə, həm də bütün dünyaya nümayiş etdirdi.

İnterpress.az