“Taliban”: Əfqanıstanda atəşkəs bitdibackend

“Taliban”: Əfqanıstanda atəşkəs bitdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taliban” qruplaşması Əfqanıstanda atəşkəsi dayandıraraq hərbi əməliyyatlara başlayır.

“AFP” xəbər verir ki, bu haqda martın ikisi taliblərin təmsilçisi Zabihulla Mocahid bəyan edib.

Onun sözlərinə görə, “Taliban” rəsmi Kabil ilə müharibə aparacaq, lakin ABŞ-la imzalanan anlaşmaya əsasən ölkədəki xarici hərbi kontinqentə əl dəyməyəcək.

Məlumata əsasən, qruplaşma artıq ölkənin Badqis vilayətinə hücumlar təşkil edib.

İnterpress.az