Yunanıstan Türkiyəni insan qaçaqçılığı etməkdə günahlandırıbbackend

Yunanıstan Türkiyəni insan qaçaqçılığı etməkdə günahlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyəni insan qaçaqçılığı etməkdə günahlandırıb.

“Milliyet”in yaydığı xəbərə görə, bu barədə o, Xarici İşlər Nazirliyi və Müdafiə Şurasının toplantısından sonra verdiyi açıqlamasında bildirib.

Miçotakis “Twitter” hesabında “Yunanıstanın sərhədləri Avropanın xarici sərhədidir. Biz onları qoruyacağıq. Siz geri qayıdacaqsınız” – deyib.

Qeyd edək ki, rəsmi Afinanın yeni immiqrasiya dalğası səbəbindən sığınacaq müraciətlərini bir ay müddətinə dayandırdığı bildirilir.

Xatırladaq ki, Türkiyə suriyalı qaçqınlar üçün Avropa sərhədini açıb.

İnterpress.az