“Apple” şirkəti köhnə müştərilərinə pul ödəyəcəkbackend

“Apple” şirkəti köhnə müştərilərinə pul ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Apple” şirkəti müştərilərinə 500 milyon dollar (850 milyon AZN) ödəyəcək.

“Anadolu” xəbər agentliyinin məlumatına görə, şirkət köhnə telefon modellərini qəsdən zəiflətdiyi iddiası ilə açılan məhkəmə prosesini uduzub.

Buna görə “Apple” şirkəti “iPhone 6”, “iPhone 6S” , “iPhone 7” və “iPhone SE” modellərini istifadə edən müştərilərinə tələb etdikləri təqdirdə 25 dollar (42.5 AZN) ödəyəcək.

Qeyd edək ki, “Apple” şirkəti 2017-ci ildə “telefonların qəfil sönməsinin qarşısını almaq” səbəbi ilə köhnə cihazlarda prosesin zəiflədiyini etiraf edəndən sonra bəzi müştərilər tərəfindən məhkəməyə verilib.

Şirkət cavabdeh olduğunu qəbul edib və batareyada 29 dollar (49.3 AZN) dəyərində endirim edib. Buna baxmayaraq, bir çox insan bu prosesdə yüzlərlə dollar xərclədiklərini, yeni telefon aldıqlarını və qurban olduqlarını ifadə edərək vəkillərinə müraciət ediblər.

İnterpress.az