Dövlət Neft Fondunun icraçı direktoruna yeni müavin təyin edildi – FOTObackend

Dövlət Neft Fondunun icraçı direktoruna yeni müavin təyin edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyevin 2 mart 2020-ci il tarixli, 1871 nömrəli sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Bu barədə ARDNF məlumat yayıb.

R.Cavadov 2014-cü ildən hazırkı tarixədək ARDNF-nin İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya departamentində müxtəlif vəzifələrdə, 2009-2014-cü illər ərzində İnvestisiya departamentinin direktorunun müavini vəzifəsində işləyib.

ARDNF-nin İcraçı direktorunun müavini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, eyni zamanda, ABŞ-ın Klark universitetində maliyyə üzrə magistr dərəcəsi alıb.

Dövlət Neft Fondunun icraçı direktoruna yeni müavin təyin edildi - FOTO