Naqif Həmzəyev: Ölkə Prezidentinin başlatdığı hər bir iş dövlətimiz, xalqımız üçün daha uğurlu olacaqbackend

Naqif Həmzəyev: Ölkə Prezidentinin başlatdığı hər bir iş dövlətimiz, xalqımız üçün daha uğurlu olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmiz bu gün inkişafının ən qüdrətli dövrünü yaşayır. Prezident İlham Əliyev tərəfindən Azərbaycan əhalisinin rifahının yüksəlməsinə xidmət edən sosial siyasət dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsinə daxil olub. Regional inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramları, aparılan iqtisadi islahatlar nəticəsində əhalinin rifahı, yaşayış və məşğulluq səviyyəsi xeyli yüksəlib.

Bunu millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, bütövlükdə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətin mərkəzində dayanır. Xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir.

“2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır”. Ölkə Prezidenti İlham Əliyevin səsləndirdiyi bu fikirlər göstərir ki, insanların rifahının diqqət mərkəzində saxlanılmasının, bu istiqamətdə mühüm addımların atılmasının əsas qayəsini insan amilinin uca tutulması təşkil edir.

Təsadüfi deyil ki, dövlətimizin başçısı Azərbaycan vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini daim prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətdə həyata keçirilən tədbirlərin, layihələrin, sərəncamların ardı-arası kəsilmir. Məhz bunun nəticəsidir ki, regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramının icrası sayəsində min kilometrlərlə avtomobil yolları salınıb, yeni elektrik stansiyaları inşa olunub, su anbarları tikilib, aqroparklar fəaliyyətə başlayıb, tibb müəssisələri, təhsil ocaqları tikilib, maaşlar, pensiyalar dəfələrlə artırılıb, milyonlarla iş yerləri açılıb. Bütövlükdə yeni iqtisadi islahatlar, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artması gələcəkdə də vətəndaşların sosial rifahının yüksəldilməsinə zəmin yaradır.

Naqif Həmzəyev vurğulayıb ki, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı, müntəzəm nəzarəti ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları Gəncə şəhərində də uğurla icra olunur. Ölkənin bütün regionları ilə yanaşı dahi Nizami yurdu da inkişaf edir. Geniş vüsətlə aparılan abadlıq-quruculuq işləri, içməli su təminatı probleminin həlli, yol infrastrukturunun yenidən qurulması şəhər sakinlərinin həyat şəraitinin yüksəlməsinə təkan verib. Əhalinin qaz və elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, şəhər tam şəkildə, qəsəbələr isə 99 faiz qazlaşdırılıb. Ölkə Prezidentinin mart ayının 2-də Gəncənin 2 yeni yaşayış massivinin qazlaşdırılması üçün dövlət büdcəsindən vəsait ayırması da şəhərimizin inkişafına növbəti töhfəsi oldu.

“Gəncəlilər də öz novbəsində hər an hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyən Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər. Şəhər sakinləri tam əmindirlər ki, ölkə Başçısının imzaladığı hər bir Sərəncam, başlatdığı hər bir iş dövlətimiz, xalqımız üçün daha uğurlu olacaq”-deyə Naqif Həmzəyev qeyd edib.

İnterpress.az